"Taxıl sazişinin ləğvindən sonra Ukrayna limanları ətrafındakı vəziyyət Qara dənizdə bütün naviqasiyanı təhlükə altına qoyur".
Bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın dəniz limanlarını atəşə tutur və bununla da Qara dənizdə sərbəst naviqasiyanın qarşısını alır və bu, akvatoriyaya gedən bütün gəmiləri təhlükə altına qoyur.
Bundan əvvəl məlum olub ki, Türkiyə Rusiya, BMT və Ukrayna ilə ərzaq sazişinin bərpası mümkünlüyü ilə bağlı danışıqları davam etdirir .
İyulun 20-də rusiyalı nümayəndələr taxıl müqaviləsi üzrə koordinasiya mərkəzini tərk ediblər.
Bu ərəfədə Rusiya Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, indi Qara dənizdə Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.