Rusiyalı turistləri Soçidən Batumi limanına gətirən "Astoria Grande" kruiz gəmisi yerli əhalinin etiraz aksiyalarından sonra limanı tərk edib.
Etirazlara səbəb gəmidəki turistlərdən bəzisinin müsahibə zamanı Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirməsi olub. Müsahibə zamanı bir turistin "Rusiya 2008-ci ildə Abxaziyanı gürcülərdən azad etdi” deməsi vəziyyəti daha da gərginləşdirib.
Etiraz edən gürcülər kruiz gəmisinin Batumini vaxtından əvvəl tərk etməsinə nail olublar.
Ətraflı linkdə
https://www.facebook.com/radiotavisupleba/videos/2002613666744322/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.