Rusiyanın Soçi şəhərindən yola düşən kruiz gəmisi Gürcüstanın Batumi limanında etirazla qarşılanıb.
Xarici KİV xəbər verir ki, nümayişçilər Rusiya əleyhinə şüarlar səsləndirərək, gəmidəki rus turistləri Batumiyə buraxmayacaqlarını bildiriblər.
Polislə nümayişçilər arasında qarşıdurma baş verib və 9 nəfər saxlanılıb.
Ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının və bəzi digər müxalifət partiyalarının nümayəndələrinin və tərəfdarlarının iştirak etdiyi nümayişdə Rusiya əleyhinə şüarlar səsləndirilib.
Nümayişçilər Rusiyanı Gürcüstana qarşı zorakılıq və işğal siyasəti tətbiq etməkdə ittiham edərək, Rusiya əleyhinə plakatlar qaldırıblar.
Polis kruiz sərnişinlərini avtobuslarla limandan uzaqlaşdırmağa çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.