ABŞ-nin Texas ştatının həbsxanalarında məhbuslar istidən ölürlər.
Məlumata görə, kameralarda temperatur müntəzəm olaraq 46 dərəcəyə qədər yüksəlir. Bu günlərdə ən yüksək göstərici isə 65 dərəcə olub.
Kondisioner olmayan həbsxanaların kameralarında 100 minə qədər məhbus istidən əziyyət çəkir. Bu, insanların psixi pozğunluqlarına və ya hətta ölmələrinə səbəb olur.
Artıq ən azı doqquz ölüm hadisəsinin qeydə alındığı barədə də xəbər verilir.
Qeyd edək ki, ştatın qanunlarına görə, heyvan sığınacaqları qəfəslərdə temperaturu 29 dərəcədən çox etməməlidirlər. Halbuki insanlar üçün belə bir qanun yoxdur.
Mənbə: Ura.ru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.