İrkutsk hava limanında havaya qalxan zaman “Sibir” aviaşirkətinin təyyarəsi quş sürüsü ilə toqquşub. Azadmedia.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun Telegram kanalı məlumat yayıb.
Mövcud ilkin məlumata görə, uçuş zamanı İrkutskdan Yakutska 6329 saylı reyslə uçan təyyarə quş sürüsü ilə toqquşub. Toqquşmadan sonra təyyarənin heyəti uçuşu dayandırmaq və hava limanının dayanacağına qayıtmaq qərarına gəlib.
Təyyarədə 124 sərnişin olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Hazırda təyyarənin texniki vəziyyəti qiymətləndirilir.
Baykal-Anqara Nəqliyyat Prokurorluğu İrkutsk hava limanında ornitoloji uçuşların təhlükəsizliyinin yoxlanılmasına başlayıb, bunun nəticəsində lazımi cavab tədbirləri görüləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.