AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ baş verib

  • + A
  • - A
  • 26-08-2023, 15:08

    Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ baş verib

    Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Azadmedia.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlərə Nəzarət İdarəsi (AFAD) sosial şəbəkədə məlumat yayıb.

    Agentliyin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11.58-də Nurhak ərazisində qeydə alınıb.

    Zəlzələnin ocağı 6,99 kilometr dərinlikdə yerləşib.

    Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti" adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR