AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lionel Messi səkkizinci dəfə "Qızıl top"u qazandı

  • + A
  • - A
  • 31-10-2023, 11:19

    Lionel Messi səkkizinci dəfə "Qızıl top"u qazandı

    "İnter Mayami"nin amerikalı hücumçusu Lionel Messi Fransanın "France Football" nəşrinə görə 8 dəfə "Qızıl top"un qalibi olub. Mükafatlandırma mərasimi Parisdəki Chatelet teatrında baş tutub.
    36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin həmsahibi, ingilis futbolçu Devid Bekhem təqdim edib.

    Ötən mövsüm argentinalı PSJ-nin heyətində Fransa Liqa 1-də 32 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə verib. Messi həmçinin Çempionlar Liqasında 7 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

    Bundan başqa, Lionel Messi Argentina millisinin heyətində Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qalibi olub. Futbolçu Dünya Kubokunun bütün yeddi matçında iştirak etdi, burada yeddi qol vurdu, finalda dubl etdi və üç məhsuldar ötürmə verdi.

    Argentinalı daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə "Qızıl top"u qazanıb.

    Azadmedia.az xarici kiv-lərə istinadla xəbər verir ki, ən yaxşı qadın futbolçu mükafatının qalibi İspaniya millisinin və “Barselona”nın 25 yaşlı yarımmüdafiəçisi Aitana Bonmati olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR