AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

G20 ölkələrinin onlayn sammiti keçirildi

  • + A
  • - A
  • 22-11-2023, 19:40

    G20 ölkələrinin onlayn sammiti keçirildi

    G20 ölkələrinin onlayn sammiti keçirilib.

    Sammitdə Rusiya Prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

    Putin Ukraynaya qarşı bir sıra ittihamlar səsləndirib. O, həmçinin edib ki, Rusiya heç vaxt Ukrayna hakimiyyəti ilə sülh danışıqlarından imtina etməyib.

    Sammitdə ABŞ prezidenti Co Bayden iştirak etməyib, onun yerinə ABŞ-ı dövlət katibi Antoni Blinken təmsil edib. Zirvə toplantısında Çin sədri Si Cinpin də iştirak etməyib, onu Baş nazir Li Qiang əvəzləyib.

    Qeyd edək ki, sentyabrın 9-10-da Yeni Dehlidə keçirilən G20 sammiti zamanı G20 nümayəndələrinin virtual görüşünün keçirilməsi təşəbbüsü Hindistanın baş naziri Narendra Modi tərəfindən irəli sürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR