Daşkənd Şəhər Məhkəməsi bir neçə onlarla uşağın öskürək dərmanından ölümündə təqsirləndirilən şəxslərə hökm çıxarıb,
20-dən çox adam uzun müddətə azadlıqdan məhrum edilib. Onlar Hindistan ARVI siropundan 70-ə yaxın uşağın ölümü ilə bağlı cinayət işində təqsirli biliniblər.
Azadmedia.az xarici kiv-lərə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Ali Məhkəməsi bildirib.
“Məhkəmə 23 müttəhimin hamısını təqsirli bilib və onları 20 ilədək müddətə azadlıqdan məhrum edib” - məlumatda deyilir.
Özbəkistana təhlükəli dərman idxal edən “Quramax Medical” (Hindistan) şirkətinin rəhbəri Raqvendra Pratar 20 il müddətinə azadlıqdan məhrum edilib. Özbəkistanın Əczaçılıq İnkişafı Agentliyinə rəhbərlik edən Sardor Kariyev 18 il müddətinə azadlıqdan məhrum edilib. İki məmur - onun müavinləri hər biri 16 il həbsdə qalacaq.
Cinayət işi Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıq və rüşvətxorluq da daxil olmaqla 12 maddəsi ilə araşdırılıb.
Üç ölkədə öskürək siropundan uşaq ölümləri
Faciə 2022-ci ilin sonunda baş verib. Hind öskürək siropu "Doc-1 Max" Özbəkistanda 68 uşağın həyatına son qoyub. Ekspertiza zamanı məlum olub ki, dərmanın tərkibində zəhərli etilen qlikol var.
Dərman təkcə Özbəkistana tədarük edilməyib. Bundan uşaq ölümləri Qambiya və İndoneziyada da baş verib. Ümumilikdə ölümcül sirop 300-dən çox uşağın ölümünə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.