AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbrayıl rayonunun işğaldan azad olunması tariximizin şanlı səhifəsidir

  • + A
  • - A
  • Bu gün, 18:20

    Cəbrayıl rayonunun işğaldan azad olunması  tariximizin şanlı səhifəsidir

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı


    44-günlük Vətən müharibəsində əldə edilən qələbənin parlaq səhifələrindən birini də Cəbrayıl rayonunun erməni işğalından azad olunması təşkil edir.
    Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət müəssisəsi, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I-ci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər isə əlil olmuşdur.
    2020-ci il 27 sentyabr tarixində gəhraman ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edilddi.
    Möhtəşəm Zəfərimizin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 3 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub.
    2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medal təsis edilmişdir və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
    Azadlığına qovuşan Cəbrayılda yeni inkişaf dövrü başlanmışdır və geniş miqyaslı bərpa-quruculuq işlərinə start verilmişdir.
    “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün mühüm hadisə olmuşdur. Sözügedən layihə 200 hektarı əhatə edir və artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir, rayonun elektrik təchizatı ilə təmin edilməsi istiqamətində bütün işlər görülmüşdür.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I-ci Dövlət Proqramına uyğun, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınmışdır. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb və bu istiqamətdə işlər davam etdirilir. Ən qısa müddətdə Cəbrayılda həyat öz əvvəlki məcrasına qayıdacaq və rayonun yeni parlaq inkişaf dövrü başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR