Masallı, 24 oktyabr — Azadmedia.azPrezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Masallı Peşə Məktəbində "Yaşıl bir dünya üçün həmrəy olaq!" şüarı altında aparılan tədbirlər çərçivəsində ağacəkmə aksiyası 24.10.2024 tarixində də davam edib.
Azadmedia.az Masallı Peşə Məktəbi sosial media hesabına istinadən xəbər verir ki, bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün məktəbin ərazisində bu gün də, 50 ədəd həmişəyaşıl ağac əkilib.
Belə ki, ağacəkmə aksiyası peşə məktəbinin direktoru Məhərrəm Fəttayevin rəhbərliyində tələbələr və pedaqoji heyət tərəfindən həyata keçirilib. Qeyd edək ki, bu fəaliyyətdə Masallı PFK-nın prezidenti Mirələm Həşimov da iştirak edib.