Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.
Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.