Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərini qəbul edib.
Azadmedia.az xəbər verir ki, bu barədə o, öz sosial media hesabında paylaşım edib. Üçü qazi olmaqla 35 seçicisini fərdi qəbul edən millət vəkili qeyd edib ki, hər ayın son həftəsində köməkçiləri ilə birgə seçiciləri qəbul etmək onun iş fəaliyyətində prioritetdir.
Sözügedən paylaşımı təqdim edirik:
"Yenidən Masallıdayıq, seçicilərlə ənənəvi qəbul-görüş keçirdik. Qəbul YAP-ın Masallı şəhərində yerləşən inzabati binasında keçirildi. 35 seçicini YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərimlə birgə fərdi dinlədik. Qəbula gələnlərdən 3 nəfəri Vətən Müharibəsi qaziləri idi.
Bəzi məsələlər yerində həllini tapdı, səlahiyyətlərimiz çərçivəsində olan digər məsələlərin həlli üçün müvafiq tapşırıqlar verdik. Görüşlər davam edir. Hər ayın son həftəsini seçicilərin qəbul-görüşlərinə həsr etmək fəaliyyətimdə prioritetdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.