Bakı-Qazax yolunda böyük tıxac yaranıb.
Hazırda ərazidə maşınların hərəkəti dayanıb.
Hərəkətin hansı səbəbdən dayandığı hələlik bəlli deyil.
Məsələ ilə bağlı BDYPİ-dən sayta bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində Bakı Kənar Dairəvi yolun 6-cı kilometrində uçqun təhlükəsi ilə bağlıdır:
"Hazırda sürücülər fasilələrlə buraxılır. BDYPİ-nin Ekoloji nəzarəıt Bölüyü və Yol Patrul Xidmətinin əməkdaşları ərazidədir. Yolda hərəkət tam məhdudlaşdırılmayıb".(Trend”)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.