AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov tətil günlərini seçiciləri ilə keçirdi

  • + A
  • - A
  • 13-11-2024, 23:22

    Millət vəkili Məşhur Məmmədov  tətil günlərini seçiciləri ilə keçirdi

    Millət vəkili Məşhur Məmmədov tətil günlərini seçiciləri ilə keçirdi. Azadmedia.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb. Sözügedən yazını təqdim edirik:
    "Bakı beynəlxalq tədbirə ev sahibliyi etdiyi dönəmdə biz də Masallı Rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə növbəti görüş-qəbul keçirdik. Görüş-qəbulda 16 seçici iştirak edirdi. Onlardan bir nəfəri şəhid atası idi. Qəbula gələnlərin istəklərinin daha operativ həllini tapması üçün qəbulda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edirdilər.
    Bəzi seçicilərin istəkləri yerində həllini tapdı, digər məsələlər səlahiyyətlərimiz çərçivəsində aidiyyəti üzrə yönləndirildi. Görüşlər davam edir".











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR