AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamın düşməndən azad olunması Zəfər tarixinin mühüm hadisəsidir

  • + A
  • - A
  • 19-11-2024, 10:32

    Ağdamın düşməndən azad olunması Zəfər  tarixinin mühüm hadisəsidir

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    İkinci Qarabağ müharibəsində əldə olunan Qələbənin ən mühüm hadisələri sırasında 10 noyabr 2020-ci ildə Üçtərəfli bəyanatın imzalanmasından on gün sonra noyabrın 20-də Ağdam rayonunun işğalına son qoyulması xüsusi qeyd edilməlidir.

    Ağdam uğrunda 42 gün davam edən döyüşlər 1993-cü il 23 iyul tarixində rayonun ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün vəziyyətinə düşmüşdür. Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə vətəndaşımız yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

    Ağdamın işğalını qətiyyətlə pisləyən BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixində 853 saylı qətnamə qəbul edərək, “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını” tələb etmişdir. Təəssüf ki, bu qətnamə yalnız kağız üzərində qalaraq, icra olunmamışdır. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhraman Azərbaycan Ordusu beynəlxalq hüququ döyüş meydanında bərpa etmişdir.

    Tarixi Zəfərin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.
    Ağdamda hazırda mühüm quruculuq işləri həyata keçirliir və 2021-ci 28 may tarixində ictimaiyyətə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur.

    Şəhərdə 5 məhəllənin yaradılması nəzərdə tutulur və hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb.

    Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır, bundan sonra isə paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR