AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI

  • + A
  • - A
  • 19-11-2024, 15:06

    Azərbaycana ən çox turist bu ölkələrdən gəlib - SİYAHI

    2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
    Bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatı əsasında bildirib.
    10 ayda Azərbaycana gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49,0 faiz, İordaniyadan - 40,0 faiz, Polşadan - 35,5 faiz, İrandan - 33,2 faiz, İtaliyadan - 32,4 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 27,0 faiz, Yəməndən - 26,2 faiz, Niderlanddan - 21,7 faiz, Almaniyadan - 21,3 faiz, ABŞ-dan - 20,7 faiz, Misirdən - 20,0 faiz, Özbəkistandan - 19,5 faiz, Rusiya Federasiyasından - 19,0 faiz, Ukraynadan - 17,0 faiz, Tacikistandan - 16,7 faiz, Türkiyədən - 15,8 faiz, Fransadan - 14,6 faiz, Küveytdən - 12,1 faiz, Böyük Britaniyadan - 11,4 faiz, Moldovadan - 10,6 faiz artıb.                                             

    2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olub.  

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.                                                                                                         

    2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 17,6 faiz artaraq 1816,4 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib.  Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

    2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR