AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daşkəsəndə hərbçi binadan yıxıldı

  • + A
  • - A
  • 10-04-2025, 13:10

    Daşkəsəndə hərbçi binadan yıxıldı

    Daşkəsəndə 36 yaşlı kişi binanın üçüncü mərtəbəsindən yıxılıb.

    Hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

    Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini E.Hümbətov pəncərədən yıxılaraq xəsarət alıb. Onun həmin ünvana qonaq getdiyi, hadisənin də bu zaman baş verdiyi bildirilir.

    Xəstəxanaya çatdıran E.Hümbətovun vəziyyəti orta ağırdır.

    Qeyd edək ki, xəsarət alan şəxs hərbçidir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR