AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Brent" nefti 61,4 dollara qədər bahalaşıb

  • + A
  • - A
  • 15-12-2025, 11:15

    "Brent" nefti 61,4 dollara qədər bahalaşıb

     
    Neft qiymətləri dekabrın 15-i səhər saatlarında əvvəlki həftədə baş verən düşüşdən sonra bahalaşıb.

    Bu barədə "İnterfaks" məlumat yayıb.

    Bakı vaxtı ilə saat 9:14-ə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 0,32 ABŞ dolları (0,52 %) artaraq 61,44 ABŞ dollarına çatıb. Dekabrın 12-si "Brent"in qiyməti 0,16 ABŞ dolları (0,26 %) artaraq 61,12 ABŞ dollarına düşmüşdü.

    Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin yanvar fyuçerslərinın bu vaxta qədər qiyməti bir barel üçün 0,29 ABŞ dolları (0,5 %) artaraq 57,73 ABŞ dollarına çatıb. Əvvəlki sessiyada neftin kontrakt qiyməti bir barel üçün 0,16 ABŞ dolları (0,28 %) ucuzlaşaraq 57,44 ABŞ dolları təşkil edib.

    Keçən həftə ərzində hər iki marka 4 %-dən çox itirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR