AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi yolları qar və buzdan təmizləyir

  • + A
  • - A
  • 28-02-2026, 11:54

    AAYDA "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi  yolları qar və buzdan təmizləyir

    Şamaxıda yollar qar və buzdan təmizlənir

    Şamaxı rayonunda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında buzlaşma qeydə alınıb. Xüsusilə gecə saatlarında Nağaraxana–Məlhəm–Əngəxaran–Çuxuryurd–Dəmirçi yolunun hərəkət hissəsində buzlanma yaranıb.

    Məlumatla əlaqədar dərhal əraziyə “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin xüsusi təyinatlı texnikası cəlb olunub. Yolun təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət hissəsinə qum və duz qarışığı səpilib.

    İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, Nağaraxana–Pirqulu–Dəmirçi istiqamətində yaranmış problem operativ şəkildə aradan qaldırılıb.

    Hazırda Şamaxı rayonunun Qizmeydan–Hacılı–Əhmədli, eləcə də Qaleybugurd, Sis, Qaladərəsi və Keşmədil kənd yollarında da qar təmizləmə işləri davam etdirilir.

    Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR