AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub

  • + A
  • - A
  • Bu gün, 10:16

    Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər.

    Diplomatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş bölgəyə qayıdan əhali üçün tibbi xidmətinin yaxşılaşdırılmasına yönəlmiş səylərinə heyran qalıblar.

    Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

    Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR