AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

  • + A
  • - A
  • 2-05-2026, 15:53

    Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

    Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

    Hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib.

    Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığı evin həyətyanı sahəsində canavarla qarşılaşıb. Bu zaman canavar ona hücum edərək çoxsaylı xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə canavarın pəncəsindən xilas olub və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirlib.

    A.Qurbanova bədəninin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR