AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir

  • + A
  • - A
  • Bu gün, 08:54

    Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir

    ABŞ Prezidenti Donald Tramp Pekindəki Xalq Yığıncaqları Zalında Çin Sədri Si Cinpinlə danışıqlar zamanı Vaşinqtonun Çinlə ticarəti qarşılıqlı prinsip əsasında aparmaq niyyətində olduğunu bildirib.

    O, bu barədə görüşün əvvəlində deyib.

    Tramp qeyd edib ki, Çinə səfər edən nümayəndə heyətinin tərkibinə Amerikanın iri şirkətlərinin rəhbərləri də daxildir.

    "Dünyanın ən yaxşı 30 şirkətinə müraciət etdik. Onlar sizə və Çinə hörmət göstərmək üçün buradadırlar, ticarət etməyə və bizneslə məşğul olmağa can atırlar", - o deyib.

    ABŞ lideri həmçinin əlavə edib ki, danışıqlardan əhəmiyyətli nəticələr gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR