Ukraynanın xarici işlər naziri Аndey Sbiqa bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə vacib mərhələyə çatıb və hazırda vəziyyətdə dönüş nöqtəsi yaşanır. Onun sözlərinə görə, sülhə nail olmaq üçün diplomatik danışıqlar gücləndirilməli, Rusiyaya qarşı təzyiq və sanksiyalar artırılmalı, eyni zamanda Ukraynaya hərbi dəstək davam etdirilməlidir. Nazir hesab edir ki, NАТО ölkələrinin müdafiə xərclərini artırması və Ukraynaya daha çox yardım göstərməsi gələcəkdə sülhün təmin olunmasına kömək edə bilər.
Eyni zamanda Avropa diplomatları tərəflərin hamısını qane edə biləcək mümkün danışıqlar formatı üzərində işləyirlər. Hazırda isə münaqişənin nə vaxt və hansı şərtlərlə başa çatacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.