AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu həlak olub - Rəsmi

  • + A
  • - A
  • Dünən, 23:07

    Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu  həlak olub - Rəsmi

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranovun faciəli şəkildə həlak olması ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, diplomat Culfa–Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb. Nəticədə o, həyatını itirib.

    XİN mərhum diplomatın vəfatından dərin kədər hissi keçirdiyini qeyd edərək, ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib, səbir diləyib.

    “Allah rəhmət eləsin!” – deyə məlumatda vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR