AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kərim xəsarətləri tabesizlik göstərərkən alıb” - Rəsmi açıqlama

  • + A
  • - A
  • 10-06-2020, 11:21

    “Kərim xəsarətləri tabesizlik göstərərkən alıb” - Rəsmi açıqlama
    Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı saxlanılan və 15 sutka müddətinə inzibati həbs edilən Kərim Süleymanlının polis tərəfindən döyülməsi iddiaları araşdırılır.

    Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılıb.

    ***

    İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

    Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

    Qeyd edək ki, K.Süleymanlı məhkəmə qərarı ilə həbs ediləndən 1 gün sonra səhhətindəki problemlərlə bağlı azadlığa buraxılıb. O, mediaya müsahibəsində 29-cu Polis Bölməsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü iddia edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR