İnsanlar yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxa bilərlər.
AzadMedia.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, əgər məişət tullantıları qabı uzaqdadırsa, oraya getməyə icazə verilmir: "Həmin şəxs 200-300 metrlik məsafədə zibil atmaq üçün yaşayış yerini tərk edə bilməz. Bu üsuldan sui-istifadə edənlər məsuliyyətə cəlb ediləcəklər. Yəni zibil atmaq adı ilə yaşayış yerindən uzaqdakı əraziyə getmək qadağandır. 2 gün çox müddət deyil. Həmin zibilləri evdə qapalı qabda da saxlamaq olar".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.