Türkiyədən İraq açıqlaması: Əməliyyatlar davam etdiriləcək!
Sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə İraqda müvəqqəti hərbi bazaların sayının artırılması nəzərdə tutulur.
AzadMedia.az xəbər verir ki, bu barədə adı açıqlanmayan türkiyəli rəsmi şəxs “Yeniakit.com.tr”yə açıqlamasında deyib.
“Plan ondan ibarətdir ki, təmizlənən sahələrin yenidən eyni məqsədlə istifadə edilməsinin qarşısını almaqdır. Hazırda 10-dan çox müvəqqəti baza var. Yeniləri yaradılacaq. Əməliyyatların vaxtı anlayışı yoxdur. Məqsədə çatmaq üçün əməliyyatlar davam etdiriləcək”, - deyə bildirilib.