AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb

  • + A
  • - A
  • 19-06-2020, 17:13

    Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb


    Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadılır.

    Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb.

    COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları, çarter reysləri və xüsusi reyslər istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixədək uzadılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR