AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı

  • + A
  • - A
  • 23-06-2020, 19:08

    Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı
    Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb.

    "Report"un Qərb Mərkəzi xəbər verir ki, plantasiya Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının bu gün rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkar edilib.

    Məlum olub ki, plantasiya rayon Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsusdur.

    "Report"un Qərb Mərkəzinin əməkdaşlarının əldə etdiyi məlumata görə, rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib.

    Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

    Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

    Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
    Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı
    Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR