İranda kəskin bahalaşma: Ərzağın qiyməti bir gündə...
Bu gün dolların dəyəri yüksələrək 20 min tümən təşkil edib. Ölkədə iqtisadi durum heç yaxşı deyil.
Bu sözləri Azadmedia.az-a açıqlamasında güney azərbaycanlı milli-mədəni fəal Nadir Sulduzlu deyib.
O qeyd edib ki, 25 iyunda dolların dəyərinin artması ilə ərzaq mallarında da ciddi artımlar müşahidə edilib.
"Yumurtanın bir ədədi 1200 tümən olub. 1 manata 10 yumurta almaq olur. Dünənə qədər isə bu məbləğə 15 ədəd yumurta almaq mümkün idi. Toyuq ətinin hər kiloqramı 50 faiz artaraq 1,50 AZN olub. Bundan əvvəl 1 manat təşkil edirdi. Həmçinin, İranın Tehran və digər böyük şəhərlərində kirayə evlərin dəyəri də azı 2 dəfə artıb. Buna görə də bir-birini heç tanımayan iki ailə birlikdə bir ev tutmaq məcburiyyətində qalırlar. Rejim qüvvələri isə bunun əleyhinə olaraq, bu halı haram elan edirlər".