AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Evdən çıxmaq üçün 8103-ə avtomobilin seriya nömrəsi də göndərilməlidir? - RƏSMİ

  • + A
  • - A
  • 2-07-2020, 12:46

    Evdən çıxmaq üçün 8103-ə avtomobilin seriya nömrəsi də göndərilməlidir? - RƏSMİ


    Bəzi saytlarda müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşların şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməli olduqları barədə məlumat yayılıb.

    Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur:

    “Sistemlə əlaqəli hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

    Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR