Bu şəhər və rayonlarda xüsusi karantin rejimi başladı
2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək bəzi iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.
AzadMedia.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həmin ərazilərdə aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilib:
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
- muzey və sərgi zallarının fəaliyyəti;
- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.