AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp vəzifəyə gəldikdən sonra 20 mindən artıq yanlış fikir söyləyib

  • + A
  • - A
  • 17-07-2020, 09:20

    Tramp vəzifəyə gəldikdən sonra 20 mindən artıq yanlış fikir söyləyib

    ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladığı gündən bu yana 20 mindən artıq yanlış və yanıldıcı fikirlər səsləndirib.

    Bu barədə “Washington Post” araşdırma aparıb.

    Nəşr qeyd edib ki, D.Tramp vəzifə müddətinin 827 günündə 10 mindən artıq yanıldıcı və yanlış məlumat paylaşıb, “tvit” atıb. Bundan sonrakı 440 günlük fəaliyyətində isə bu göstərici iki dəfə artıb və 20 minə çatıb.

    Hesablamalara görə, D.Tramp 10 mindən artıq yanlış məlumat verdiyi 827 günlük müddətdə gündə 12, növbəti 440 gündə isə gündə 23 yanıldıcı fikir ifadə edib.

    D.Trampın, həmçinin, pandemiya haqqında 1000 şübhəli iddia ortaya qoyduğu bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR