AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Apteklərdə hərarətsalıcı dərman qıtlığı var?

  • + A
  • - A
  • 20-07-2020, 19:40

    Apteklərdə hərarətsalıcı dərman qıtlığı var?

    “Apteklər biznes şəbəkəsidir. Səhiyyə Nazirliyi apteklərin dərmanla təminatına nəzarət etmir”.

    AzadMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

    Onun sözlərinə görə, apteklərdə hərarət salan dərmanlarla bağlı qıtlıq qeydə alınmayıb:

    “Bu kimi hallar, çox güman ki, lokal xarakter daşıyır. Ola bilər ki, həmin aptek şəbəkəsinə depodan çatdırılma ilə bağlı gecikmələr olub. Brifinqə gəlməzdən qabaq bir neçə aptekə daxil oldum. Hərarət salıcı dərmanlarla bağlı problemlə rastlaşmadım”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR