Azərbaycanda 391 nəfər koronavirusa yoluxdu - 9 ölü
Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub.
504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.