AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlikdən vətəndaşlara müraciət: “Kimlərinsə etinasızlığı ucbatından...”

  • + A
  • - A
  • 1-08-2020, 20:45

    Nazirlikdən vətəndaşlara müraciət: “Kimlərinsə etinasızlığı ucbatından...”

    Xəbər verildiyi kimi 31 iyul tarixində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında ehtiyatsızlıq səbəbindən fermada baş verən və sonradan güclü külək nəticəsində böyük ərazini əhatə edən yanğın FHN-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində söndürülüb, alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla, Sədan kəndinin iki sakini həyatını itirib:

    “Yanğında həyatlarını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik və bir daha vətəndaşlara müraciət edirik ki, kimlərinsə ehtiyatsızlığı, etinasızlığı ucbatından yaranan yanğın hadisələrinin nə qədər ağır nəticələrə səbəb olmasını nəzərə alsınlar, ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün maksimum dərəcədə ehtiyatlı olsunlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR