AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallı Təhsil Fondu” vədlərini reallaşdırır

  • + A
  • - A
  • 9-09-2020, 10:35

    Masallı 70 saylı Seçki Dairəsi üzrə biliyi və həvəsi olan heç bir qız ali təhsildən kənarda qalmayacaq

    Bu gün, sentyabrın 8-də Masallı Təhsil Fondunun növbəti tədbiri olmuşdur. Tədbirdə Fondun əməkdaşları Hüseyn Hüseynov, Hekayət Nəzərov, Əntiqə Tağıyeva, Aynur Abbasova, Fidan Abbaslı, Rəmzi Şahverdiyev, Zeynəb Heydərova, Araz Şahverdiyev, Əkbər Mahmudov iştirak etmişdir.

    Fondun direktoru Hüseyn Hüseynov öncə bildirdi ki, Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılmış bu qurum bilikli və yüksək bacarıqlı qızların ali təhsil almasına böyük önəm verir. Masallı Təhsil Fondu hələ bir neçə ay öncə bəyan etmişdi ki, 70 saylı Seçki Dairəsindən 300 və 300-dən artıq bal toplayan, yüksək bilik və bacarığı olan qızların ali təhsil məktəblərinə qəbul zamanı dövlət universitetlərində sadaladığımız ixtisasları seçərlərsə,

    (ibtidai sinif,

    Azərbaycan dili və ədəbiyyatı,

    riyaziyyat-informatika,

    tarix-coğrafiya,

    kimya biologiya,

    fizika və xarici dil) onların təhsil xərcləri Fond tərəfindən ödəniləcək.

    Fond bu ixtisasları seçmiş tələbələrin aşağıdakı dövlət universitetlərini seçməsini məqsədəmüvafiq sayır.

    Bakı Dövlət Universiteti
    Azərbaycan Dövlət Pedaqoji Universiteti
    Bakı Slavyan Universiteti
    Gəncə Dövlət Universiteti
    Sumqayıt Dövlət Universiteti
    Lənkəran Dövlət Universiteti
    Azərbaycan Dövlət Dillər Universiteti
    Fond tərəfində tələbələrin xərcləri aşağıdakı formada qarşılanacaq:

    Abituriyent qızlar ödənişli əsaslarla ali məktəbə qəbul olunubsa, onun təhsil xərci,

    - Əgər ödənişsiz qəbul olunubsa, həmin qızlara oxuduqları müddət ərzində təqaüd,

    - Bu tələbələr bir ay müddətində onun qəbul olunduğu fakültədə hansı fənlər keçirilir Fonda rəsmi arayış verməlidirlər.

    Bu tələbələr ali məktəbdə oxuduğu müddətdə semestr imtahanlarından 51 baldan aşağı nəticə göstərərsə (yəni hər hansı fəndən kəsiri olarsa) onlara verilən təqaüd və ödəniş dayandırılacaq. Məqsədimiz qızlarımızın ali məktəbi yüksək qiymətlərlə bitirməsidir.

    Fondun hesabına təhsil alan qızlar ən azı təhsili başa vurduqdan sonra Masallı məktəblərində 3 il işləməlidirlər. Əks halda onlarla bağlanmış müqaviləyə əsasən həmin qızlar üçün ödənilmiş məbləğin Fonda qaytarılması tələb olunacaq.

    Fond tövsiyə edir ki, kifayət qədər imkanı olan şəxslər belə imtiyazlardan daha az faydalanmağa çalışsınlar.

    Bütün bu yazılanların reallaşması zamanı ortaya çıxan məsələlər həmin tələbələrlə bağlanmış müqavilə əsasında tənzimlənəcək.

    Yazı “Masallı Təhsil Fondu”nun Mətbuat Xidməti tərəfindən təqdim olunmuşdur.


    “Masallı Təhsil Fondu” vədlərini reallaşdırır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR