AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda sərnişin və yük daşınması kəskin azalıb - RƏSMİ

  • + A
  • - A
  • 16-09-2020, 11:10

    Koronavirus pandemiyasına qarşı tәtbiq edilәn xüsusi karantin rejimi ilә әlaqәdar hәyata keçirilәn tәdbirlәr çәrçivәsindә әhalinin sağlamlığının vә tәhlükәsizliyinin tәmin edilmәsi mәqsәdilә iqtisadiyyatın bir sıra sahәlәrindә fәaliyyәtin, Azәrbaycan Respublikasına vә bәzi rayon, şәhәrlәrin әrazisinә yerüstü vә hava nәqliyyatı ilә giriş-çıxışın, ictimai nәqliyyatın, o cümlәdәn Bakı Metropoliteninin fәaliyyәtinin mәhdudlaşdırılması yük vә sәrnişin daşımalarının azalmasına gәtirib çıxarıb.

    Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, yük vә sәrnişin daşımaları cari ilin avqust ayında iyul ayına nisbәtәn müvafiq olaraq 0,2 faiz vә 1,7 faiz artsa da, ötәn ilin avqust ayı ilә müqayisәdә 39,4 faiz vә 57,3 faiz azalıb. Nәticәdә ümumilikdә cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә ölkә üzrә yük daşınması 18,3 faiz, sәrnişin daşınması isә 35,2 faiz aşağı düşüb. Yüklәrin 58,8 faizi avtomobil, 30,3 faizi boru kәmәri, 7,6 faizi dәmir yolu, 3,1 faizi dәniz, 0,2 faizi isә hava nәqliyyatı ilә daşınıb. Sәrnişinlәrin 92,1 faizi avtomobil, 7,7 faizi metro, qalan hissәsi isә digәr nәqliyyat növlәri ilә səfər ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR