Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2007-ci il 25 iyun tarixli 103 nömrəli və “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 2 avqust tarixli 311 nömrəli qərarları ləğv edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, aqrar subsidiyalardan istifadə edən və bu sahədə çalışan vətəndaşlar vahid sənəd əsasında fəaliyyət göstərəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.