AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İİTKM: “500-dən çox fərdi yaşayış evi tam dağılıb” - Beyin mərkəzlərinə MÜRACİƏT

  • + A
  • - A
  • 5-10-2020, 21:37


    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı dünyanın aparıcı beyin mərkəzlərinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə son qoyulması ilə bağlı müraciət edib.

    İİTKM-in məlumatına görə, müraciətdə deyilir ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də səhər saatlarında atəşkəs rejimini kobud şəkildə pozaraq başladıqları hərbi təxribat nəticəsində Azərbaycan Respublikasının yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb:

    “Bu təcavüz nəticəsində Azərbaycanın 24 dinc sakini, o cümlədən 4 uşaq həlak olub. Mülki əhalidən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Xüsusi narahatlıqla bildiririk ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın Gəncə, Xızı, Abşeron, Mingəçevir kimi iri yaşayış məntəqələrinə 10 mindən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.

    BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884 saylı) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn tərəfində olmağa çağırır”.

    Müraciətin ünvanlandığı 100-dən artıq beyin mərkəzləri arasında ABŞ, Türkiyə, Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya və başqa ölkələrin qurumları var.

    Müraciətin qeyd edilən beyin mərkəzi rəhbərlərinə ünvanlanıb: Thomas J. Pritzker (CSIS), James M. Acton (Carnegie Endowment for International Peace), Kelly Adams (Heritage Foundation), Adam S. Posen (Peterson Institute for International Economics), Sarah Rosen Wartell (Urban Institute), Rajiv Vinnakota (Wilson Center), Neera Tanden (Center for American Progress), Frederick Kempe (Atlantic Council), Michael D. Rich (RAND Corporation) və s.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR