AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yalançı demokrat və təcavüzkar siyasətçi obrazı

  • + A
  • - A
  • 6-10-2020, 19:24



    Dünən internet resurslarında, sosial şəbəkə və mediada belə bir məlumat yayıldı ki, N.Paşinyan öz oğlunu “könüllü” şəkildə erməni ordusuna yazdırdıb yenidən Qarabağa-Azərbaycan torpağına, bu dəfə döyüşə göndərir. Fotoşəkillər manşetlərə çıxarılmışdı.

    Bu avantürist siyasətçi həqiqətən xəstədir, sağalmaz populizm, “manşetlər bəzəyi” xəstəliyinə yoluxub... Onun xəstəliyi erməni cəmiyyətinin hansı faciələrinə artıq səbəb olub və hələ bundan sonra olacaq, bunun carəsini tapıb əlacını qılmaq ermənilərin öz işidir. Azərbaycan torpaqlarında gənc övladlarını itirən gözüyaşlı erməni analarının öz baş nazirlərindən cavab tələb etmək, ondan siyasi qisaslarını almaq erməni analarının analıq borcu və haqqıdır...

    Amma Paşinyanın hər gün zəng edib kömək umduğu, yalvardığı ünvan sahibləri, gündə bir bəyanatla çıxış edib açıq və ya gizli şəkildə ona dəstək verən, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan, haqsız və haqlı arasında ədalətsiz “bərabərlik” işarəsi qoyan bəzi dövlət başçıları və beynəlxalq təşkilatlar niyə bu avantürist siyasətçiyə izah etmirlər ki, onun manşetlərə çıxardığı belə səhnələr təkcə populizm deyil?! Oğlunu başqa dövlətin ərazisinə məcburi-“könüllü” şəkildə döyüşə göndərmək açıq şəkildə işğal siyasətində, hərbi təcavüzdə iştirak faktının etirafı deməkdir. Niyə bunu Paşinyana izah etmirlər? Niyə onu başa salmırlar ki, bu cür addımlar beynəlxalq hüququ pozmaq, digər Ermənistan vətəndaşları ilə birgə öz övladını da hərbi cinayətlərinə şərik etmək deməkdir?! Vasitəçilikdə tərəfsiz olmalı olduğu halda, işğalçının tərəfini tutan mütərəqqi Avropa dövlətinin başçısı niyə Paşinyana demir ki, döyüş mövqeyindən onlarla kilometr uzaqlıqda yerləşən Gəncəni, Mingəçeviri, Xızı və Abşeronu, digər Azərbaycan ərazilərini məqsədli şəkildə raket zərbələrinə məruz qoymaq beynəlxalq konvensiyalara ziddir və növbəti hərbi cinayətdir?!

    Bu zərbələr nəticəsində həlak olan və yaralanan onlarla mülki vətəndaşımız məhz Paşinyanın siyasi hakimiyyətinin növbəti hərbi avantürasının günahsız qurbanlarıdır. Görəsən raket, qadağan edilmiş kasetli bomba zərbələrinə cavab olaraq, mülki əhalimizi hədəfə alan erməni hərbi mövqelərini beynəlxalq konvensiyaların tələbinə uyğun şəkildə Azərbaycan Ordusu legitim hərbi hədəflər kimi məhv edəndə, həmin ünvanlar susmaqda davam edəcəklərmi?! Nəhayət, bu avantürist siyasətçiyə başa salan olacaqmı ki, hərbi təcavüz, mülki əhalini hədəf seçmək hakimiyyətə gəlmək üçün əlinə səsgücləndirici götürüb İrəvan küçələrində yürüş etmək, selfi çəkdirmək, saxta “demokratiya tamaşalarını” səhnələşdirmək demək deyil! Bu oyunların və əməllərin bədəli var və mütləq olacaq.

    Milli Məclisin deputatı
    Ülvi Quliyev   


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR