ABŞ-ın Boston şəhərində, soydaşlarımız Ermənistanın işğalçı hərəkətləri ilə bağlı plakatlar yayıblar - FOTO
AzadMedia.az xəbər verir ki, Bostonda soydaşlarımız Ermənistanın işğalçı hərəkətləri ilə bağlı plakatlar yayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzadMedia.az-a verilən məlumata görə, xarici ölkələrdə yaşayan azərbaycanlılar işğalçı Ermənistana kəskin etirazlarını bildirmək məqsədilə dünyanın iri şəhərlərində müxtəlif aksiyalar keçirirlər.
Qeyd edək ki, Belə aksiyalardan biri də ABŞ-ın Boston şəhərində həyata keçirilib. Massaçusets ştatında yaşayan soydaşımız Həmid Rəhimlinin təşəbbüsü ilə şəhərin müxtəlif mərkəzi küçələrində 200-ə qədər plakatlar yerləşdirilib. Bu plakatlarda Ermənistanın baş nazirinin Dağlıq Qarabağdakı qondarma rejimin başçısı ilə birlikdə Azərbaycanın mülki əhalisinin, o cümlədən körpə uşaqların qatili olduqlarını sübut edən şəkillər, "Ermənistanı dayandırın!", "Ermənistanın təcavüzünə son qoyulsun!" və s. şüarlar əks olunub.
Belə ki, bu addımla həmvətənlərimiz bostonluların diqqətini Ermənistanın ölkəmizə qarşı işğalçı, təcavüzkar və terror siyasətini dövlət səviyyəsində həyata keçirməsinə, bütün beynəlxalq hüquqları və bəşəri dəyərləri kobudcasına pozmasına, təkcə cəbhə zonasında deyil, Azərbaycanın cəbhə bölgəsindən uzaq şəhər və rayonlarında da mülki vətəndaşları yaşamaq haqqından məhrum etməsinə cəlb edib.