Son günlər Türkiyə ilə yanaşı, bir çox dövlətlərin diplomatik korpuslarının nümayəndələri Azərbaycanın haqq səsini tanıyır, öz ölkəsində torpaqları uğrunda mübarizə aparan ölkəmizə dəstəklərini ifadə edirlər. Bu, sevindirici haldır, diplomatiyamızın, xarici siyasətimizin uğurudur. Lakin arxayınlaşmamalı, daha çox çalışmalı, təbliğatı genişləndirməliyik. Çünki münaqişənin ədalətli həlli üçün Beynəlxalq ictimaiyyət erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına kömək göstərməlidir.
Bunu
Azadmedia.az saytına Milli Məclisin depupatı Məşhur Məmmədov deyib.
O qeyd edib ki, əksər dünya ictimaiyyəti tərəfindən Azərbaycana münasibətdə ikili standartların tətbiq olunması təssüf və təəccüb doğurur. Deputatın sözlərinə görə, Türkiyə, Pakistan, İsrail istisna olmaqla əksər ölkələr münaqişənin dondurulmasını təkid edir ki, bu da problemin həll yolu deyil, əksinə bəlli olmayan müddətə münaqişənin həllini düyünə salmaqdır:
“Münaqişəyə belə yanaşma, Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün daha da cəsarətləndirir. Rəsmi Bakı hadisələrin bu cür gedişatını heç vaxt qəbul etməyib və qətiyyətlə bundan sonra da qəbul etməyəcək. Ölkəmiz bu məsələdə tam haqlıdır”.
Təəssüflə qeyd edirəm ki, ATƏT Minsk qrupu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində heç bir real addım atmayıb, danışıqları zamanı Azərbaycan bir santimetr də tarixi torpaqlarını geri almayıb. Münaqişə Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquqa əsasən təmin olunmasıyla həllini tapmalıdır. Yəni, birmənalı olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini tam azad etməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.