Ağdamda döyüş mövqelərini tərk etmək istəməyən erməni silahlıları mühasirəyə alınıb və onlara xəbərdarlıq edilib.
Azadmedia.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə görüntülər Teleqram sosial şəbəkəsində yayılıb.
"Silahları yerə buraxın və təslim olun, bu torpaqlar artıq Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Sənin ölümün heç bir şeyi dəyişdirməyəcək", - deyə erməni silahlılarına xəbərdarlıq edilib.
Qeyd edək ki, dünən Ağdamda təslim olmaq istəməyən erməni hərbi birləşmələri ilə rus sülhməramlıları arasında ataşmanın baş verdiyi haqda məlumatlar yayılmışdı.