AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamda erməni təxribatının qarşısı belə alındı

  • + A
  • - A
  • 15-10-2018, 10:56

    Ağdamda erməni təxribatının qarşısı belə alındı













    Ağdam rayonunda Qarqar çayından tapılan partlamamış mina zərərsizləşdirilib.

    Ermənistan ordusu tərəfindən Qarqar çayı vasitəsilə axıdılan piyada əleyhinə mina ANAMA-nın əməkdaşları tərəfindən partlayış yolu ilə məhv edilib.

    ANAMA-nın region üzrə qrup rəhbəri Elməddin Mirzəyev bildirib ki, ərazidə aşkar olunan mina barədə yerli əhali tərəfindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. ANAMA-nın mobil əməliyyat qrupu tərəfindən əraziyə baxış keçirilib. Ermənistan istehsalı olan bir ədəd piyada əleyhinə TMM minasının daşınması mümkün olmadığından mütəxəssislər tərəfindən yerindəcə zərərsizləşdirilib.

    Qeyd edək ki, kənd sakinləri həmin ərazidə mal-qara otarır. Partlamamış döyüş sursatları erməni hərbçiləri tərəfindən əraziyə tez-tez axıdılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR