Cəsarət və fədakarlığın təcəssümü olan 44 günlük Vətən müharibəsinə qoşulanlar sırasında 200-dən çox dəmiryolçu da var. Azadmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC rəsmi facebook səhifəsində yazıb.
Məlumatda qeyd olunur ki, onlardan dördü alın tərlərini al qanları, dəmir cığırları tank izləri ilə əvəzləyib adını tarixə yazdırdılar, şəhidlik zirvəsinə ucaldılar.
1991-ci il təvəllüdlü şəhid Məmmədov Vüqar Elxan oğlu İnfrastruktur Departamentinin "Əsaslı təmir" MMC-nin Bakıda yerləşən İstehsalat sahəsində gözətçi vəzifəsində çalışıb.
1973-cü il təvəllüdlü şəhid Vəliyev İlqar Cahit oğlu İnfrastruktur departamentinin 10 №-li İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin 1 saylı Bakı istismar sahəsində sahə rəisi vəzifəsində çalışıb.
1995-ci il təvəllüdlü şəhid Bağırov Aqil Fazil oğlu İnfrastruktur departamentinin 7 nömrəli Ağstafa yol sahəsinin 1 saylı Böyük-Kəsik məntəqəsində yol montyoru vəzifəsində çalışıb.
1991-ci il təvəllüdlü şəhid Qocayev Asif Yolçu oğlu Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin Gəncə yüklərin və obyektlərin mühafizə komandasında atıcı vəzifəsində çalışıb.
"Azərbaycan Dəmir Yolları" QSC Vətənin ərazi bütövlüyü uğrunda həlak olub şəhidlik zirvəsinə ucalan əməkdaşlarını minnətdarlıq hissi ilə yad edib və onlara Allahdan rəhmət diləyib.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.