Hörmətli Prezident, Cənab Ali Baş Komandanım!
Sizə ailəmiz adından, bütün Piriyevlər ailəsi – Masallı rayonu və Masalılılar adından sonsuz minnətdarlığımızı bildiririk. Masallı rayonu, Masallılılar, ailəmiz, mən Sizinlə fəxr edirik..
Biz Masallılılar, sizinlə qürur duyuruq!
Siz, dünyaya səs salan ali diplomatiyanızla, qüdrətinizlə, gücünüzlə, savadınızla, dünyagörüşünüzlə sübut etdiniz ki, Azərbaycan sözün əsl mənasında, humanist, qüdrətli və qəhrəman bir ölkədir.. Var olun, sağ olun!
Mənim özüm və valideynlərim hər gün sizə və rəşadətli ordumuza duaçı olduq və bu gün də, bu belədir..
Uca Allah, Sizi xalqımızın üstündən əskik etməsin. Biz sizinlə qürur duyuruq, yeganə və tək, səmimi Prezidentimiz, Sizin simanızı ekranlarda görəndə ürəklərimiz dağa dönür.
44 günlük tarixi Vətən müharibəmiz dövründə, istər qardaş Türkiyə mediasında və istərsə də, ölkəmizdə çalışdığım AzadMedia.az və digər ölkədaxili xəbər saytlarımız vasitəsilə, İnformasiya müharibəsində əlimdən gələni vətənim üçün etməyə çalışdım və bu hər zaman da, belə olacaqdır.
Masallı torpağı çox qədim tarixə malikdir. Və bu qədim tarixi torpağa malik Masallı şəhəri 44 günlük Şanlı tarixi günlərimizdə, vətən millət naminə canlarından qəhrəmanlıqla keçə bilən igid oğullar şəhidlər verdi, yüzlərlə Masallı vətənpərvəri Böyük Vətən Müharibəmizdə misilsiz şücaət və igidlik göstərdi. Masalımızda bütün əsgər valideynləri Sizə və sizin ali diplomatiyanıza hər zaman güvənirdi və bu inam, bu güvəni hər zaman olduğu kimi Cənab Prezidentimiz olaraq, siz layiqincə doğrultdunuz, var olun, biz, xalq olaraq bir yumruq kimi sizin arxanızda birləşdik, vətənin bu ağır və şərəfli günlərində dimdik ayaqda durduq, biz bu gücü igid Masallı qəhrəman oğullarımızın timsalında- müzəffər ordumuzdan və Sizin Ali Baş Komandanımız olaraq güclü diplomatiyanızdan, liderliyinizdən, verdiyiniz vədə hər zaman əməl etməyinizdən və Ulu Öndərimizin siyasi kursunun uğurlu davamçısı olmağınızdan aldıq. Eşq olsun sizə, Ali Baş Komandanımız!
44 günlük Şanlı tarixi günlərimizdə, Masallı rayon icra başçısı cənab Şahin Məmmədov, Millət vəkili cənab Məşhur Məmmədov, Masallı rayonu üzrə YAP-ın sədri cənab Seyfəddin Əliyev başda olmaqla, Masallı rayonunda bütün dövlət qurumları və bir çox özəl sektorlar, eyni zamanda, "Ümidim Sənsən" İB, informasiya müharibəsində, Cənub Xəbərləri saytının rəhbəri tanınmış jurnalist Zahir Amanov və bir çoxları arxa cəbhədə, Vətənimiz üçün olduqca ağır və şərəfli günlərdə, son aylarda onlarla xeyirxah və olduqca təqdirəlayiq işlərə imza atdılar..
Sizin Siyasət meydanında yürütdüyünüz uğurlu ali diplomatiyanız barədə, 44 günlük şanlı tariximiz barədə, xeyli yazılarım da var. Mənim üçün şərəfdir, Cənab Prezidentim!
İcazənizlə, nəzərinizə çatdırmaq istərdim ki, hələ, 27 sentyabr anım günümüzdən 13 gün əvvəl məndən politoloq olaraq, Buta.ws xəbər saytı müsahibə aldı və bu müsahibə ölkəmizin 40-a yaxın xəbər saytında dərc edildi, mən müsahibəmdə belə qeyd eləmişdim
- “Cənab Prezidentimizin son dönəmlərdə atdığı addımlar bizim hər birimizə bəllidir ki, Qarabağla bağlı Ermənistana tanınan müddət bitib. Genişmiqyaslı əməliyyatların başlaması an məsələsidir. Biz Ali Baş Komandanın çağrışına hər zaman hazırıq.
Azərbaycan xalqı çox səbirli xalqdır. Və Prezidentimiz də çox səbirlidir.
Güclü Azərbaycan ordusunun başında güclü Ali Baş Komandan dayandığı müddətdə, biz Dağlıq Qarabağ ərazilərini ən qısa zamanda işğaldan azad etməyə qadir xalqıq. Və, "Qarabağın işğaldan azad olunması an məsələsidir, Paşinyan qaçmağa macal tapmayacaq"..
– https://buta.ws/news/43425?fbclid=IwAR04lBqjPHYVr_cygFQeHC9trabKpXerR3TYYtxvZWBpmYragth8S9QwT-Q
Bütün dünyaya məlumdur ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz, müstəqil Azərbaycan dövlətinin yaradılması idi.
Bununla da, Ulu Öndər Heydər Əliyevin rəhbərliyində, öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr, xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.
Lakin, Ulu Öndər siyasi kursunun davamçısı XXI əsrin lideri cənab prezidentim, Siz elə XXI əsri də Azərbaycan xalqının taleyinə Zəfər tarixi – Qarabağ Zəfər tariximiz olaraq yazdınız..
Bəli, tarix dönməzdir, məhz, 30 il sonra, 20 faiz torpaqlarını işğaldan azad edən bir xalqın Şanlı tarixində, hər anın öz qiyməti var.
Məhz, Azərbaycan gənc vətəndaşı və politoloq olaraq, sizin kimi liderimiz olduğu üçün böyük fəxarət hissi keçirirəm.. Mən əminəm ki, bizdən sonrakı nəsillər də, öz tarixi keçmişi ilə fəxr edəcəklər!
Yazdığım iki yazının linki –
http://azadmedia.az/gundem/25210-politoloq-ulkr-piriyeva-yeni-azrbaycan-partiyas-28-ildir-tarixi-missiyalarn-lyaqtl-yerin-yetirir.html
http://azadmedia.az/gundem/24785-poltoloq-ulkr-pryeva-zfrn-mubark-can-azrbaycan-.html
Eyni zamanda, AzadMedia.az xəbər portalı olaraq, 44 günlük Vətən müharibəmiz dövründə İnformasiya savaşında, arxa cəbhədə layiqli şəkildə vətənə xidmət etməyə çalışdıq. AzadMedia.az Kollektivi də, xalqımız kimi bu ağır və şərəfli günlərdə xarici ölkələrin media nümayəndələrinə yüksək diplomatiyanız ilə verdiyiniz müsahibələrin şahidi olduq və bununla bərabər heyranlıqla izlədik. Siz həqiqətəndə, bizim və xalqımızın qəhrəmanısınız, cənab Prezident!
Və AzadMedia.az olaraq da, biz də öz növbəmizdə, hər zaman müqəddəs amal uğrunda İnformasiya savaşında mübarizəmizi davam etdirəcəyik..
8 noyabr tarixi hamımızın, qüdrətli və qəhrəman Azərbaycan xalqının Zəfər bayramıdır!
Bu Zəfər Tariximizə görə, minnəttaram sizə cənab Ali Baş Komandan!
Bu gün, Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçıları - Siz və xanım Mehriban Əliyeva var olun, biz, sizlərə minnəttarıq!
Allah Sizi və ailənizi qorusun, cənab Prezidentim!
Hörmətlə,
Ülkər Piriyeva
Azərbaycan Respublikası, Bakı şəhəri.