Yunanıstan mediasında Azərbaycan həqiqətlərindən yazılıb
Yunanıstanın www.karfitsa.gr xəbər portalında Azərbaycan həqiqətləri ilə bağlı "QALA" Yunanıstan-Azərbaycan Dostluq Dərnəyinin məqaləsi dərc olunub.
Məqalədə tarixi faktlara istinadən ermənilərin Qafqazın aborigen sakinləri olmadığı, çar Rusiyası tərəfindən Azərbaycanın tarixi ərazilərinə köçürüldükləri, bu prosesin rus imperiyasının süquta uğradığı, bolşeviklərin hakimiyyətə gəldiyi illərdə və SSRİ dönəmində davam etdiyi bildirilib. Hər fürsətdə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmələr apardıqları, qırğınlar və soyqırımlar törətdikləri, daha çox ərazimizi işğal etməyə çalışdıqları barədə ətraflı məlumat verilib.
"Ermənilər qətl və soyqırım siyasətinə sadiq qalaraq azərbaycanlılara qarşı qəddar tədbirlər görməkdə davam edirdilər. Onların hücumlarının nəticəsi birinci Qarabağ müharibəsi və 1992-1993-cü illərdə Azərbaycan ərazilərinin işğalı oldu. İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi 28 il kağız üzərində qaldı", - deyə məqalədə bildirilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: My Webpage
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR