AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SON DƏQİQƏ! Baş nazir vacib qərarı imzaladı

  • + A
  • - A
  • 19-12-2020, 17:24


    Nazirlər Kabineti “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı aşağıdakı kimidir:

    Yuxarı və aşağı ətraf protezi
    Yuxarı ətraf işçi protezi
    Yüksək texnologiyalı protez
    Bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.)
    Baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.)
    Kompression və ya venoz corab
    Silikon içlik
    Dermo corab
    Tutor
    Korset
    Reklinator
    Yuxarı və aşağı ətraf üçün elastik bandaj
    Korreksiyaedici yumşaq bandaj və korset
    Yuxarı və aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə
    Ortopedik başmaq
    Təkayaqlı əsa
    Üçayaqlı əsa
    Dördayaqlı əsa
    Qoltuqaltı ağac
    Dirsəkaltı ağac
    Reabilitasiya vasitələri üçün rezin ucluq
    Dördayaqlı hərəkət vasitəsi
    Ortopedik ayaqqabı
    Protez üçün ayaqqabı
    Rezin yanlıqlı ayaqqabı
    Oynaq endoprotezi
    Süd vəzi protezi
    Süd vəzi büsthalteri
    Səs protezi (səs aparatı)
    Diş protezi
    Göz protezi
    Eşitmə aparatı
    Eşitmə aparatı üçün qulaqlıq
    Qulaq protezi
    Burun protezi
    Sifət protezi
    Göz yuvasının protezi
    Damaq protezi
    Ehtiyat protezlər
    Yuxarı və aşağı ətraf protezləri üçün kosmetik üzlüklər
    Yuxarı və aşağı ətraf, onun ayrı-ayrı bölmələri üçün aparatlar
    Döşəkçə, ortopedik döşək və yastıq
    Danışan kitab
    Səsli tibbi tonometr
    Səsli termometr
    Kolostoma torbası
    Urestoma torbası
    Kateter
    Hərəkətli qaldırıcı qurğu
    Hidravlik çarpayı
    Çarpayı üçün dayaqlar
    Qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq
    Açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq
    Mühərrikli təkərli oturacaq
    Sanitar-təchizatlı təkərli oturacaq
    Minik avtomobili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR